Misirdə təxminən 2000 yaşı olan məzarlıq tapılıb - FOTO

20:20 - 24 Aprel 2019 - MARAQLI

Misirdə təxminən 2000 yaşı olan məzarlıq tapılıb.

Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, məzarlıqda həmçinin mumiya və sarkofaq qalıqları tapılıb, bu barədə Misirin Qədim İşləri üzrə Nazirliyi məlumat yayıb.

Ehtimal olunur ki, məzarlıq Makedoniyalı İsgəndərin istilaları zamanı, bizim eradan əvvəl 332-ci ildə yaranıb.

Arxeoloqlar qurban verilmə üçün güldan, maskalar, heykəllər və kuzələr aşkarlayıblar.

Məzarlıqda həmçinin, papirus üzərinə yapışdırılmış naxışlı kətan qalıqları da olub.

 

Namiq 

Xəbər xətti