Təyyarə quş sürüsü ilə toqquşub

20:04 - 23 Aprel 2019 - HADİSƏ

İstanbul-Madrid reysi ilə uçan karqo təyyarəsi Atatürk Hava Limanından qalxdıqdan bir müddət sonra quş sürüsü ilə toqquşub.

Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, təyyarənin kapitanı dispetçerlə əlaqə saxlayaraq geriyə qayıtmaq qərarı alıb.

Təkirdağ vilayəti üzərində təxminən 50 dəqiqə dövrə vuran təyyarə hava limanına eniş edib.

 

Yük təyyarəsi yoxlanılması üçün texniki anqara gətirilib.

 

Namiq

Xəbər xətti