Dəhşətli təyyarə qəzasının VİDEOsu

14:49 - 23 Aprel 2019 - HADİSƏ

Sosial şəbəkədə aprelin 18-də hadisə şahidi tərəfindən qeydə alınmış dəhşətli təyyarə qəzasının videosu yayımlanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatının Fullerton hava limanında baş verib. Nəticədə pilot ölüb.

Altı nəfərlik 2 mühərrikli “Beechcraft Duke” təyyarəsi, dolu yanacaq çəni ilə yerdən 15 metr hündürlüyə qalxıb və saatda təxminən 130 km/saatla hərəkətdə olan vaxt sola dönüb sonrada yerə çırpılıb.

Ölən 48 yaşlı stomatoloq Robert Ellis, bu yaxınlarda Yutaya köçüb və tez-tez iki ştata arasında uçurmuş, bu barədə “FOX13” yazır.

Onun arvadı və 4 oğlu var.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti