Avtomobil yüksək sürətlə divara çırpıldı: 2 ölü, 3 yaralı - FOTO

14:05 - 23 Aprel 2019 - HADİSƏ

Türkiyənin Ordu vilayətində yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Altınordu rayonu, Karaağac məhəlləsində qeydə alınıb. Qəzanın şiddətində avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə rayonun müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq

Xəbər xətti