Boks üzrə Azərbaycan yığması beynəlxalq turnirə Sumqayıtda hazırlaşır

10:50 - 23 Aprel 2019 - İDMAN

Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir. 

Vaqif Şirinovun komandası növbəti təlim-məşq toplanışı üçün Sumqayıtda bir araya gəlib. 

Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərə aprelin 21-dən başlanılıb və mayın 4-də yekun vurulacaq. 
Toplanış Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır. Rusiyadakı yarış mayın 5-12-də olacaq. (ONA)

Xəbər xətti