Bu heyvanı görənlər heyrətə düşür - FOTO

09:40 - 23 Aprel 2019 - MARAQLI

Britaniyanın Linkolşir qraflığındakı qoruqda yaşayan Derrik adlı eşşək  öz həmcinsləri arasında ən böyük olduğuna görə rekordlar kitabına düşə bilər. Nottinghamshire Live-nin məlumatına görə, onun boyu 170 santimetrdir, lakin  bu rəqəmin artmaq ehtimalı çoxdur. Çünki, Derrik hələ 5 yaşındadır. Eşşəklərin boy artımı isə 7 yaşa qədər davam edir. Derrik həmcinsləri arasında Ginnesin Rekordlar Kitabına adı yazılmış Romulusdan 3 santimetr geri qalır. Lakin qoruq sahibləri əmindirlər ki, Darrikin boyu tezliklə Romulusdan daha uca olacaq. (oxu.az)

Xəbər xətti