Texasda təyyarə qəzaya uğrayıb, pilot və sərnişinlər ölüb

00:44 - 23 Aprel 2019 - DÜNYA

ABŞ-ın Texas ştatında ikimühərrikli "Beechcraft BE58" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "New York Post" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində pilot və 5 sərnişin həlak olub. Bildirilir ki, təyyarə Kerrvill şəhərinin hava limanında eniş edərkən qəzaya uğrayıb.

Qəzanın səbəbini araşdırmaq üçün hadisə yerinə ABŞ Mülki Aviasiya Federal İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər xətti