Evdə toyuq dönəri hazırlamağın qaydası - RESEPT

Evdə toyuq dönəri hazırlamağın qaydasını bilirsiniz?

Medicina.az ev şəraitində toyuq dönəri hazırlamağın mükəmməl reseptini təqdim edir.

Ərzaqlar

- 600 qram toyuq sinəsi
- 1 ədəd kiçik boy baş soğan
- 3 yemək qaşığı zeytun yağı
- 1/2 Çay qaşığı bibər pastası
- 1 yemək qaşığı yoğurt
- 1/2 çay qaşığı duz
- 1/2 çay qaşığı  istiot
- 1/4 çay qaşığı adi cirə
- 1/4 çay qaşığı keşniş (zövqə görə)
- 1 çay qaşığı kəklikotu
- 1 çay qaşığı xardal (zövqə görə)

Hazırlanma qaydası
Toyuq filesi uzun, incə-incə kəsilir. Soğanı rəndələdikdən sonra suyunu süzüb, bir qabda saxlayın. Əldə edilən suyu zeytun yağı, bibər tomatı, yoğurt, duz, istiot, adi cirə, keşniş və xardala qarışdırın. Daha sonra toyuğun döş ətini  hazırladığınız qarışığa bulayın.

Streçin üzərinə toyuğun döş ətini lay-lay düzün. Daha sonra ətə hava getməyəcək şəkildə streçə büküb, soyuducunun buzxanasına qoyun. İki saatdan sonra çıxardın. Bu müddətdə ədviyyatlarla hazırladığınız qarışıq tamamilə ətə hopmuş olacaq.

Donmuş ət rulonunu incə-incə dilimləyin. Dönər parçalarını əvvəlcədən qızdırılmış, dibi yanmayan, yapışmayan tavada yüksək xodda qarışdıra-qarışdıra qızardın. Daha ləzzətli olması üçün az miqdarda quyruq yağı əlavə edin. Yağı hopdursun deyə boşqabdan əvvəl kağızın üzərinə çəkin. 

Hazır olan toyuq dönərini zövqünüzə görə göyərtilərlə bəzəyib süfərəyə təqdim edə bilərsiniz. Yanında kartof qızartması da olsa, yaxşı olar. 

Tarix
20 Aprel 2019 [21:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-20 21:42:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin