Park edilmiş 3 nəqliyyat vasitəsi yandı: ikisi külə döndü - FOTO

14:28 - 19 Aprel 2019 - HADİSƏ

Türkiyənin İstanbul şəhərində park edilmiş 3 nəqliyyat vasitəsi yanıb.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə İçərənköy məhəlləsində qeydə alınıb.

Bilinməyən səbəblərdən mikroavtobusdan başlayan yanğın qısa müddət ərzində yanında daynamış digər nəqliyyat vasitələrinə də keçib.

Yanğını görən ətrafdakı vətəndaşlar dərhal yanğınsöndürmə briqadalarına xəbər veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Yanğında 2 mikroavtobus bütünlüklə, avtomobildə isə az bir hissəsi yanıb.

Hadisədə ölən və ya xəsarət alan olmayıb. Lakin, maşınlara ciddi ziyan dəyib.

 

Namiq

İçerenköy’de 3 araç cayır cayır yandı

İçerenköy’de 3 araç cayır cayır yandı

Xəbər xətti