Türkiyədə sənaye zonasında fabriklər yanır

10:41 - 19 Aprel 2019 - DÜNYA

İstanbulda "İŞDÖK" sənaye zonasında yanğın baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, fabriklərin birində başlayan yanğın güclü küləyin təsirindən başqa bir fabrikə də keçib. Hazırda ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almağa cəhd edilir.

Xəsarət alanların olub-olmaması barədə hələ məlumat daxil olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Xəbər xətti