Yol polisi orada niyə dayanıb? - Açıqlama - VİDEO

15:29 - 18 Aprel 2019 - Xəbər

Ekspert: "Xidmət yalnız sürücülərin görə biləcəyi yerlərdə aparılmalıdır"

Sosial şəbəkələrdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində (Bakıxanov – Bülbülə yolu) “gizli xidmət” aparan yol patrul xidməti əməkdaşlarının görüntüləri yayılıb. Görüntülərdə hasarın arxasında avtomobili “gizlədən” YPX əməkdaşları qayda pozan sürücü gözləyirlər. Videoya baxan vətəndaşlar isə bunu qınayıblar.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, Yol Patrul Xidməti haqqında Təlimata görə YPX əməkdaşları yalnız aşkar şəraitdə xidmət apara bilər. “Ağacların, divarların arxasında və görüntüsü məhdud olan yerlərdə xidmət aparmaq olmaz. Xidmət yalnız sürücülərin görə biləcəyi yerlərdə və qanunun tələblərinə uyğun aparılmalıdır.”

Sözügedən videoya münasibət bildirən ekspert bildirib ki, həmin maşının orada nə üçün dayandığı konkret olaraq bilinmir. “Ola bilər ki, hansısa tədbirlə əlaqədar olaraq orda dayanıblar. Məsələ konkret aydın olmadığı üçün bu barədə fikir bildirmək bir az çətindir.”

Görüntüləri təqdim edirik:

Xəbər xətti