Yanğınsöndürən maşını “Mazda”ya çırpıldı: 1 ölü, 2 yaralı - VİDEO

13:33 - 17 Aprel 2019 - HADİSƏ

Rusiyanın Orenburq əyalətində yanğınsöndürən maşını “Mazda” markalı avtomobillə toqquşub.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə RF-nin DİN regional idarəsindən məlumat verilib. Hadisə “Qaqarin” və “Vostoçnoy” küçələrinin  kəsişməsində qeydə alınıb.

Məlumatda bildirilir ki, “Ural” markalı yanğınsöndürən maşını “Qaqarin” küçəsində hərəkətdə olan vaxt, “Vostoçnoy” küçəsindən “Qaqarin” küçəsinə dönmək istəyən “Mazada” markalı avtomobili vurub. Qəza nəticəsində avtomobilin sərnişini hadisə yerində ölüb, sürücülər isə xəsarət alıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Namiq

 

 

 

Xəbər xətti