Notr-Dam kilsəsində baş vermiş yanğının ilkin səbəbi Açıqlanıb

08:26 - 17 Aprel 2019 - DÜNYA

Parisin ən möhtəşəm tarixi abidəsi olan Notr-Dam kilsəsində baş vermiş yanğını araşdıran kriminalistlər onun səbəbləri barədə ilkin qənaətə gəlib. ONA-nın “Le Parisien” nəşrinə istinadən verdiyi xəbərə görə, ilkin versiya olaraq yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb kimi göstərilib. Ancaq bununla belə, yanğının abidənin hansı hissəsindən qaynaqlandığı dəqiqləşdirilməyib.

Xəbər xətti