Futbolda dəhşətli anlar: qapıçının hər iki ayağı sındı-Video

Afrika Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vidad" (Mərakeş) - "Xoroya" (Qvineya) matçında dəhşətli hadisə baş verib.

Qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşı ilə toqquşan qonaq komandanın qapıçısı Kərim Ndiayenin iki ayağı da qırılıb. Həmin vaxt "Vidad" 5-ci qola imza atsa da, rəqib qapıçının düşdüyü vəziyyətə görə sevinə bilməyiblər. Onun vəziyyəti bütün stadionu göz yaşlarına boğub.

Hər iki ayağı qırılan Kərim Ndiaye xəstəxanaya aparılaraq əməliyyat olunub. Qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. "Xoroya" klubu buna baxmayara onun mövsümün sonunda başa çatacaq müqaviləsini 3 illik uzadıb./qaynarinfo
 

Tarix
16 Aprel 2019 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin