Bəy maşından limuzin düzəltdi: gəlini toya evakuatorda apardı - FOTO

07:45 - 16 Aprel 2019 - MARAQLI

Türkiyədə bəy və gəlin toya evakuatorun üstündə gediblər. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, maraqlı hadisə Osmaniyə əyalətində baş verib.

Məhəmməd Əmən gəlini toya aparmaq üçün 3.500 lirəyə 1978-ci ilin modeli olan bir avtomobil alıb. Nəqliyyat vasitəsini iki hissəyə böldürüb, onu dəmir profillərlə uzadaraq limuzinə oxşadıb.

Maşını bəzəmək üçün gül dükanına aparan Əmən, polis əməkdaşlarının xəbərdarlığı ilə qarşılaşıb.

Avtomobili bu vəziyyətdə idarə edilməsinə icazə verilməyən Əmən, evakuator çağırıb.

Maşını evakuatorun üstünə yükləyən bəy gəlini götürməyə gedib.

Əyləm və Məhəmməd Əmən cütlüyü toya evakuatorun üstünə gediblər.

Xəyalındakı limuzini toy üçün hazırladığını dilə gətirən Məhəmməd Əmən, “Baxdıq ki, limuzinin kirayəsi çox bahadır, “biz niyə düzəltməyək ki? ” – deyə qərar verdik. Limuzinimizi özümüz hazırladıq. Lakin, nəqliyyatda hərəkətinə icazə verilmədi” deyib.

 

Namiq

 

Xəbər xətti