Rəşad “Space”dəki söyüşlə bağlı ilk dəfə danışdı: “Xəcalət çəkirəm”

Əməkdar artist Rəşad İlyasov ilk dəfə “Space” kanalında baş verən qalmaqala münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Axşam.az-a açıqlama verən müğənni bunları deyib: “Hər şey göz önündədi. Bu haqda açıqlama verməyə utanıram. Sənət dostlarım dəstək oldular, öz humanistliklərini göstərdilər. Amma danışmaq mənə xəcalət verir. İstənilən halda yaxşı deyildi. Dostlar arasında olan zarafat çıxdı ictimayət içərisinə. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Üzr istəyirəm böyüklərdən, ana-bacılardan. MTRŞ açıqlama yaydı, nə deyim? Gərək olmayaydı. Xalqı söymədim, tamaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, “düdtlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”.

Rəşad mikrofunu açdırma məsələsinə toxunub:

“Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orda dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə “sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”.

Qeyd edək ki, “Space”də “Hər səhər” verilişində Rüfət Axundov mahnı oxuyan zaman Rəşadla birlikdə qeyri-etik ifadələr işlədiblər.

Tarix
15 Aprel 2019 [23:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-15 23:13:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin