İki avtomobil toqquşdu: 2 ölü, 8 yaralı - FOTO

07:25 - 15 Aprel 2019 - HADİSƏ

Türkiyədə yağışın yağması və yolun sürüşkən olması səbəbindən iki avtomobil toqquşub. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Orxaneli rayonu, Nalınlar qovşağında baş verib. Toqquşmanın şiddətindən hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Ətrafdakı vətəndaşların xəbər verməsi ilə hadisə yerin səhiyyə, xilasetmə və polis əməkdaşları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Xəbər xətti