Fransalı səfir etimadnaməsini təqdim etdiyi gün XİN-ə çağırıldı

19:28 - 14 Aprel 2019 - DÜNYA

Fransanın İrandakı yeni səfiri Filip Tibaud bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 İran Xarici İşlər Nazirliyinin Hərtərəfli Birgə Fəaliyyət Planının icrasına nəzarət komitəsinin katibi Hüseyn Sadat Meydani fransalı səfirlə görüşdə Fransanın ABŞ-dakı səfiri Jerard Aroda aid tvit-lər haqda İranın etirazını bildirib və Fransa hökumətinin bu haqda açıqlama verməsini istəyib.

Fransanın Tehrandakı səfiri Vaşinqtondakı səfirin tvit-ləri haqda məlumatının olmadığını, Fransa hökumətinin Hərtərəfli Birgə Fəaliyyət Planının müddəalarının tam şəkildə icrasını vurğuladığını və İran dövlətinin etirazını Parisə çatdıracağını bildirib.

Qeyd edək ki, Fransanın İrandakı səfiri bu gün səhər öz etimadnaməsini İran xarici işlər nazirinə təqdim edib./trend

Xəbər xətti