Sərnişin avtobusu dəmir dolu yük maşınına çırpıldı: 2 ölü, 18 yaralı - FOTO

19:17 - 13 Aprel 2019 - HADİSƏ

Türkiyədə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq arxadan dəmir dolu yük maşınına çırpılıb.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Bursa vilayətinin Gəmlik-Balıqəsir avtomobil yolunda baş verib. Toqquşmanın şiddətindən avtobusun qabaq hissəsi əzilib. Qəza nəticəsində, sürücü və köməkçisinin vəziyyəti ağır olmaqla 18 nəfər xəsarət alıb.

Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə tibb, xilasetmə və polis əməkdaşları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə rayon xəstəxanalarına yerləşdirilib.

Ağır yaralanan sürücü Kubilay Kaya və köməkçisi Doğukan Kocaoğlu aparıldıqları xəstəxanada, həkimlərin bütün səylərinə baxmayaraq dünyalarını dəyişiblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Xəbər xətti