ABŞ Venesuelaya qarşı sanksiyaları sərtləşdirib

23:32 - 12 Aprel 2019 - DÜNYA

ABŞ cümə günü Venesuelaya qarşı sanksiyaları sərtləşdirərək, Bolivar Respublikası ilə əlaqəli dörd şirkət və doqquz neft tankerini "qara siyahı"ya daxil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd olunub. Məhdudiyyətlər Liberiyadan üç, İtaliyadan isə bir gəmiçilik şirkətinə aid edilib. Həmçinin İtaliya, Malta, Yunanıstan və Panama bayraqları altında üzən müvafiq olaraq iki, dörd, iki və bir tanker də sanksiyalara məruz qalıb.

Xəbər xətti