ABŞ-da təyyarə beysbol meydançasına düşdü

21:15 - 12 Aprel 2019 - DÜNYA

ABŞ-ın Konnektikut ştatında yüngülmühərrikli təyyarə məktəbin beysbol meydançasına düşüb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Qeyd olunur ki, pilot təyyarə ilə məşğələ uçuşları keçirirmiş. Nəticədə idarəetməni itirən pilot təyyarənin düşməsinə səbəb olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə olmadığı deyilir./trend

Xəbər xətti