Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

"Sülh mühitinin yaradılması" işğalçı qüvvələrin Azərbaycan ərazilərindən geri çəkilmədən mümkün deyil

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərini şərh edib.

Nazirliyin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, şərhdə bildirilir ki, N.Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil. Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir:
 "Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur".

Tarix
12 Aprel 2019 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-12 13:54:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin