Polisdən qaçan sürücü qəza törətdi: sevgilisini qoyub qaçdı - FOTO

13:25 - 12 Aprel 2019 - HADİSƏ

Türkiyədə polisdən qaçan sürücü qəza törədib. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında Karabük vilayətinin Cümhuriyyət məhəlləsi, 49 saylı küçədə baş verib.

Kanyon körpüsü istiqamətində reyd keçirən polis əməkdaşları, 78 AD 053 qeydiyyat nömrəli avtomobilin sürücüsünü saxlamaq istəyiblər.

Lakin, Rəcəb B. polisin “Dayan” əmrinə məhəl qoymayaraq qaçmağa başlayıb.

Ərazidə çoxlu sayda polis maşınları da avtomobili təqib etməyə başlayıblar.

Təxminən 10 dəqiqə davam edən qaçdı-tutdu nəticəsində, Rəcəb B.-nin idarəetməsindən çıxan avtomobil aşaraq bir evin bağçasına düşüb.

Aşan avtomobildən çıxan Rəcəb B., xəsarət alan sevgilisi Büşra İ.-ni hadisə yerində qoyaraq qaçıb.

Polis əməkdaşlarının çağrışı ilə qəza yerinə gələn tibb əməkdaşları, Büşra İ.-ni Karabük Təhsil və Araşdırma Xəstəxanasına aparıblar.

Polis, Büşra İ.-nin verdiyi ifadə əsasında Rəcəb B.-nin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

 

Namiq

Xəbər xətti