Bakı Bulvarında sürü ilə sahibsiz itlər dolaşır - VİDEO

İnsanların istirahət üçün gəzməyə gəldikləri Bakı Bulvarında sürü ilə sahibsiz itlər dolaşır. Bu durum vətəndaşları da narahat edir. Çünki onlar burda gəzən itlərin təhlükəsindən sığortalanmayıblar.

Düz şəhərin mərkəzində, insanların istirahət üçün üz tutduğu Dəniz Kənarı Milli Parkda itlər əsl təhlükə mənbəyinə çevrilib. Ucnoqta.az xəbər verir ki, bu görüntüləri bulvarda gəzən bir vətəndaş çəkərək "Xəzər Xəbər"-in votsapp nömrəsinə göndərib. Kadrlardan da məlum olur ki, burada itlər sürü ilə gəzir və hər an vətəndaşlara hücum edə bilərlər.

Dəniz Kənarı Bulvar idarəsindən məsələ ilə bağlı bildirdilər ki, mövcud durumdan xəbərdardırlar. Ancaq qurumun sahibsiz itlərlə mübarizə aparmaq səlahiyyəti yoxdur. Bakı şəhər icra hakimiyyətindən isə bildirildi ki, Bulvar İdarəsi məsələylə bağlı yeni yaradılan Toplan sahibsiz itlərə qayğı mərkəzinə müraciət etsə, problem həllini tapar.

 

Tarix
11 Aprel 2019 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-11 20:31:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin