Angela Merkelə ağır itki üz verib

22:30 - 10 Aprel 2019 - DÜNYA

Merkelin 90 yaşlı anası öldü

Almaniya kansleri Angela Merkelin 90 yaşlı anası Qerlinda Kasner dünyasını dəyişib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert yayıb. Zaybert insanları Merkelin ailəsinin şəxsi həyatına hörmət etməyə çağırıb və Kasnerin ölüm detallarını açıqlamayıb.

Merkelin bu səbəbdən Avropa İttifaqının “Brexit”in müzakirə olunacağı fövqəladə sammitinə qatıla bilməyəcəyi deyilir.
Qeyd edək ki, Qerlinda Kasner 1928-ci ildə Polşada doğulub. O, xarici dil müəlliməsi olub. Merkel 2011-ci ildə atasını itirib.

Xəbər xətti