Bəyin keçmiş sevgilisi gəlinlikdə toya gəldi - Video

20:59 - 9 Aprel 2019 - MARAQLI

Çində qəribə hadisə qeydə alınıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bəyin keçmiş sevgilisi onun toyunu pozmağa çalışıb. Sosial şəbəkələrdə geniş marağa səbəb olan video görüntüdə toya gəlinlik paltarında gələn həmin qadın bəyin qarşısında diz çökərək, "Bu, mənim səhvim idi!" deyə qışqırdığı görünür. O, mənzərədən hiddətlənmiş gəlinin gözləri qarşısında bəyin ona qayıtması üçün yalvarır.

Keçmiş sevgilinin müdaxiləsi məhz cütlüyün öpüşməli olduğu anda baş verib. Gəlin gördüklərinə dözə bilməyərək, onlardan uzaqlaşmağa üstünlük verib. Çinli bəy sonradan bildirib ki, toyda hay-həşir salan keçmiş sevgilisindən məhz xasiyyətinə görə ayrılıb. Bəy onun toyuna gəlməsindən şoka düşüb.

Toyun tamadası vəziyyəti xilas etmək üçün, "Sevgi - həyatını başqasına həsr etmək deməkdir", - deyə məşhur atalar sözünü səsləndirib. Ancaq bununla əksinə, alova yağ tökmüş olub. Gəlin və qohumlarını özlərindən çıxarıb.

Xəbər xətti