Yas yerinə gedən ailə qəzaya düşdü: 6 ölü, 5 yaralı - FOTO

07:30 - 9 Aprel 2019 - HADİSƏ

Türkiyədə, Qaziantepdən İstanbula yas yerinə gedən ailə qəzaya düşüb. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Düzcə Gümüşova avtomobil yolunda baş verib.

Əldə edilən məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan avtobus yük maşınına arxadan çırpılıb. Toqquşmanın şiddətindən, sürəti də yüksək olan avtobus TIR-ın altına girib. Nəticədə 6 nəfər ölüb, 2-si uşaq, olmaqla 5 nəfər xəsarət alıb.

Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə çox sayda tibb və xilasetmə və polis briqadaları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə Düzcə və Sakarya şəhər xəstəxanalarına yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

 

Xəbər xətti