Aeroport yaxınlığında avtobusu su kanalına düşdü: 10 ölü, 34 yaralı - FOTO

12:10 - 8 Aprel 2019 - HADİSƏ

Malaziyada sərnişin avtobusu aşıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Kuala-Lumpur beynəlxalq hava limanını yaxınlığında baş verib. Bu barədə “Star” nəşri məlumat yayıb. Nəticədə 10 nəfər ölüb, 34 nəfər isə xəsarət alıb. Qəzetin məlumatına görə, sürücü sükan idarəetməsini itirib və içərisində 43 nəfərin olduğu avtobus su kanalına yuvarlanıb. Hadisə yerinə xilasetmə briqadaları cəlb edilib.

8 xarici vətəndaş və sürücü qəza yerində ölüb, daha 1 nəfər sərnişin xəstəxanada dünyasını dəyişib. Qalan 34 nəfər yaralı yerli xəstəxanalara yerləşdiriliblər.
Qəza ilə bağlı araşdırma aparılır.

Nəşrdə həmçinin qeyd olunub ki, bütün sərnişinlər “MAS Kargo” yük şirkətinin əməkdaşları olub.

 

Namiq

 

Xəbər xətti