Sərnişin avtobusu aşdı: 32 yaralı - FOTO

11:16 - 8 Aprel 2019 - HADİSƏ

Türkiyədə idarəetmədən çıxan sərnişin avtobusu aşıb. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sakaryanın Anadolu avtomobil yolunun Ankara istiqamətində baş verib.

Qəza nəticəsində 32 nəfər xəsarət alıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda tibb, xilasetmə və polis əməkdaşları gəlib.

Yaralılar təcili tibbi yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Onlardan 5 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Bu arada, qəza baş verən anda, arxadan gələn yük maşınının sürücüsü avtobusa çırpılmamaq üçün manevr edərək nəqliyyat vasitəsini yoldan çıxarıb.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

 

Xəbər xətti