İsrail HƏMAS-ın mövqelərini bombalayır

21:19 - 25 Mart 2019 - DÜNYA

İsrail ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətinin məlumatında deyilir: "İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb".

Qeyd edilir ki, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq həyata keçirilir.

Xəbər xətti