Aydın Xırdalanlı vəfat etdi

21:45 - 23 Mart 2019 - Xəbər

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxana ustası Aydın Xırdalanlı vəfat edib.

Bu barədə meyxanaçının həmkarı Namiq Qaraçuxurlu instagram hesabında yazıb:
“İndicə aldığım məlumata görə, meyxana sənəti daha bir sənətkarını itirdi. Bayaqdan əlim-ayağım əsir. Arzum vardı ki, söz xiridarı üçün yeni deyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin Aydın. Kaş bu xəbər yalan olsun”.

***

Meyxanaçının qardaşı Heybət “Qafqazinfo”ya açıqlamasında faktı bir daha təsdiqləyib. O bildirib ki, ağciyərində güclü soyuqdəyməsi olan qardaşı 3 gün idi ki, yataqdan durmurdu, vəziyyəti ağır idi. 

Yas mərasimi sabah saat 14:00-da Xırdalanda olacaq. Ailəsi heç bir media orqanının dəfndə iştirak etməsini istəmir.

Xəbər xətti