Bu gün Azərbaycan millisi Xorvatiya yığması ilə qarşılaşır

11:12 - 21 Mart 2019 - İDMAN

Bu gün AÇ-2020-nin seçmə mərhələsinə start veriləcək.

Milli komandamız da mübarizəyə başlayacaq. Yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq. Komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin debüt matçı həmyerlilərinə qarşı olacaq.
Son dünya çempionatının finalçısı matçın aşkar favoritidir.

Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edəcək.

21 mart
AÇ-2020-nin seçmə mərhələsi


E qrupu, 1-ci tur

23:45. Xorvartiya - Azərbaycan
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu

23:45. Slovakiya - Macarıstan
qol.az

Xəbər xətti