Bakıda qadın ərini bıçaqladı

11:46 - 19 Mart 2019 - HADİSƏ

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nəsimi rayonu  Xətai küçəsi 10 ünvanında baş verib. Həmin ünvanda yaşayan Fərəcov Mayıl Çingiz oğlu həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın ərini bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti