Rusiyada "Boeing 737" təyyarəsi qəza enişi edib

16:03 - 15 Mart 2019 - DÜNYA

Yakutiyanın Mirnıy şəhərindən Moskvaya uçan "Boeing 737-800" təyyarəsi Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərinin hava limanına qəza enişi edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. Rusiya İstintaq Komitəsinin Şimal-Qərb Nəqliyyatda İstintaq İdarəsinin nümayəndəsinin sözlərinə görə, hazırda istintaqdan əvvəlki yoxlamalar aparılır. İlkin versiyaya görə, qəza enişinə səbəb mühərrikin dayanması olub.

O əlavə edib ki, təyyarə hazırda Sıktıvkar hava limanındadır.
"Sərnişinlərdən heç biri xəsarət almayıb, hər kəs sağ və salamatdır", - qurum rəsmisi deyib. Sərnişinlərin sayı açıqlanmır.

Xəbər xətti