ÇL-də 1/4 və yarımfinalın püşkü Atıldı

15:24 - 15 Mart 2019 - İDMAN

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticəsinə əsasən 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib. Bu mərhələdən etibarən eyni ölkəni təmsil edən ölkələrin təmsilçiləri də bir-biri ilə qarşılaşa biləcəklər.

Püşkün nəticəsi:

1/4 final

"Ayaks" (Niderland) - "Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

1/2 finalda isə "Tottenhem" - "Mançester Siti" qarşılaşmasının qalibi "Ayaks" - "Yuventus" cütünün güclüsü, "Barselona" - "Mançester Yunayted" matçında qalib gələn komanda "Liverpul" - "Portu" cütünün güclüsü ilə üz-üzə gələcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-u, cavab qarşılaşmaları 16-17-də keçiriləcək. Yarımfinal qarşılaşmaları isə 30 aprel-1 may, cavab matçları 7-8 may tarixlərində baş tutacaq./trend

Xəbər xətti