Bakıda orta məktəbdə ŞOK – Müəllim şagirdi vəhşicəsinə döydü -Video

14:14 - 8 Mart 2019 - Xəbər

Bakının Binəqədi rayonunda orta məktəbdə şok hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər sakinləri BAKU.WS-ə şikayət ediblər. Bildirilir ki, 30 saylı orta məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi şagirdlərlə vəhşicəsinə hərəkətlər edir.

Müəllim şagirdləri döyür və təhqir edir. Məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin hərəkətlərini çəkib və görüntüləri BAKU.WS-ə göndəriblər.
Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov BAKU.WS-ə bildirdi ki, şikayətlə bağlı araşdırma aparılacaq.

Xəbər xətti