Ana səhifə Mobil versiya
18 Sentyabr 2019

“Gözəl və cadugər” Gəncə Kukla Teatrında nümayiş etdirilib

Gəncə Kukla Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirdiyi “Uşaq teatr sənəti” adlı orta məktəblərdə öyrədici pilot layihəsi çərçivəsində “Gözəl və cadugər” adlı tamaşa nümayiş etdirilib.

Ucnoqta.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamını artırmaq, kollektivlə işləmək, inandırmaq kimi qabiliyyətlərini aşkarlamaq, bununla bərabər onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Şagirdlərin bacarığını əks etdirən gözəl ifalar, məktəb səhnələrində aparılan işin nə dərəcədə tərbiyəvi təsirə malik olduğunu bir daha əyani surətdə sübut edib. Gənc ifaçılar özlərinin də keçirtdikləri hissləri tamaşaçılarla bölüşüblər.

Dostluq, sədaqət, humanizm və qəhrəmanlıq mözularını birləşdirə səhnə işində xeyirin şərə qələbəsi öz əksini tapır.
Birhissəli uşaq tamaşasının müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.

Onu da qeyd edək ki, müəllifin bu pyesi bundan öncə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında səhnəyə qoyulub və hazırda studiyanın daimi repertuarında yer alır.

Tarix
28 Fevral 2019 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-28 14:49:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin