Donald Tramp: "Şimali Koreyanı parlaq gələcək gözləyir"

09:03 - 28 Fevral 2019 - DÜNYA

ABŞ prezidenti Donald tramp jurnalistlərə Şimali Koreya lideri Kim Çen Inla danışıqların uğurla keçdiyini deyib. Bu barədə Trend xarici KİV-lərə istiandən xəbər verir. Danışıqlar zamanı Tramp "böyük uğurun əldə olunduğunu" deyib: "Şimali Koreyanı parlaq gələcək gözləyir". Qısa fasilə zamanı Tramp və Kim Çen In jurnalistlərlə görüşüblər. ABŞ-ın Pxenyanda rəsmi nümayəndəliyinin açılması barədə sualı cavablandırarkən Tramp bildirib: "Çox maraqlı sualdır, ona cavab almaq istərdim. Maraqlı ideyadır".

Xəbər xətti