Tramp OPEC-i neft qiymətlərini azaltmağa çağırıb

19:40 - 25 Fevral 2019 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp neftin bahalaşmasına görə narahatlığını bildirərək OPEC-i qiymətlərin artmasına yönələn tədbirləri məhdudlaşdırmağa çağırıb. “Report” xəbər verir ki, dövlət başçısı bu barədə “Twitter”dəki səhifəsində yazıb. “OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, - deyə yazan dövlət başçısı hazırkı neft qiymətlərinin ifrat şəkildə yüksəldiyini qeyd edib.

Xəbər xətti