Sumqayıtda dəhşətli avtobus qəzasının - Videosu

10:14 - 22 Fevral 2019 - Xəbər

Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb. 

Ətrafdakı obyektlərdən birinin kamerasına düşən görüntüdə qəzanın baş verdiyi an görünür. Hadisə zamanı 42 nəfər yaralanıb.
Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.
Hadisə nəticəsində 42 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib./baku.ws

Xəbər xətti