Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

11:06 - 21 Fevral 2019 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti