Xames "Real"a qayıdır

21:47 - 12 Fevral 2019 - İDMAN

Almaniyanın “Bavariya” klubunda icarə əsasında çıxış edən Xames Rodriges “Real”a qayıtmaq istəyir.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərə əsasən, Münhen klubunun yayda yarımmüdafiəçini birdəfəlik transfer etmək istəyir, ancaq o, komandada qalmaq istəmədiyini bildirib.

Kolumbiyalı futbolçu “Arsenal”ın təklifini də “Real”a qayıtmaq istəyi üçün rədd edib.
Qeyd edək ki, 2017-ci ildən “Bavariya”da çıxış edən X.Rodriges bu mövsüm Bundesliqada 12 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti