Ana səhifə
17 Fevral 2019

Avrokuboklardakı matçlar 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqası və Avropa Liqasında bu həftə keçiriləcək oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Təyyarə qəzasında dünyasını dəyişən argentinalı hücumçu Emiliano Salanın xatirəsi yad ediləcək. 28 yaşlı hücumçu yanvarın 19-u “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, argentinalı hücumçu “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Tarix
12 Fevral 2019 [14:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin