Aaron Remzi “Yuventus”da

İtaliyanın “Yuventus” futbol klubu rəsmi olaraq “Arsenal”ın və Uels yığamsının yarımmüdafiəçisi Aaron Remzi ilə müqavilə imzaladığını bəyan edib. 28 yaşlı futbolçu 2019-cu ilin iyul ayının 1-dən “Yuventus”a azad agent qismində qoşulacaq. Remzi yeni klubunda illik 23 milyon avro qazanacaq. O, portuqaliyalı Kriştianu Ronaldodan sonra (31 milyon avro) klubun ən çox qazanan ikinci futbolçusu olacaq. Xatırladaq ki, Remzi 2008-ci ildən “Arsenal”da çıxış edir, onun hazırki müqaviləsi isə 2019-cu ilin yayına kimi nəzərdə tutulub. Futbolçu İngiltərənin cari mövsümündə 22 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürməyə imza atıb.
Tarix
12 Fevral 2019 [00:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin