"Mançester Siti" "Çelsi"ni darmadağın etdi- Video

22:05 - 10 Fevral 2019 - İDMAN

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir.

Bu gün daha iki görüş keçirilib. “Tottenhem” öz meydanında “Lester”i qəbul edib. Oyun London klubunun qələbəsi ilə başa çatıb – 3:1.
Turun mərkəzi qarşılaşmasında isə “Mançester Siti” “Çelsi”ni qəbul edib. “Şəhərlilər” rəqibinə 6 cavabsız qolla qalib gəlib.

Bununla da Xosep Qvardiolanın komandası xalını 65-ə çatdıraraq liderliyə yüksəlib. Eyni xala malik "Liverpul" 2-ci, "Tottenhem" 60 xalla 3-cüdür. "Çelsi" isə 50 xalla 6-cı yerdə qərarlaşıb.

10 fevral

“Tottenhem” – “Lester” - 3:1
Qollar: Sançes, 33 (1:0), Eriksen, 63 (2:0), Vardi, 76 (2:1), Son, 90+1 (3:1)

“Mançester Siti” – “Çelsi” - 6:0

Qollar: Sterlinq, 4, Aquero, 13, 19, 56-pen. Gündoğan, 25, Sterlinq, 80
qol.az

Xəbər xətti