Fransada ümumi tətil elan edildi

01:26 - 6 Fevral 2019 - DÜNYA

Fransada Ümumi Əmək Konfederasiyası (CGT) “sarı jiletlilər”ə dəstək üçün ölkə miqyasında 24 saatlıq tətil elan edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 160 fərqli kənd və qəsəbədə meydanlara çıxan konfederasiya üzvləri “sarı jiletlilər”lə birlikdə Parisdə aksiyaya qoşulub. Nümayişçilər maaşların artırılması və vergilərin ədalətli qoyulmasını tələb edirlər. Bəzi limanların giriş-çıxışını, yolları bağlayan mitinqçilər prezident Emmanuel Makronun istefasını da tələb edirlər.

Xəbər xətti