Ərdoğan tanınmış aktyora: "Burada bir rəis var" - Video

Dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin bir qrup tanınmış aktyorlarını və kino xadimlərini qəbul edib. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, görüş kinoteatrlar, telekanallar və kino yaradıcıları arasında yaranmış böhranın aradan qaldırılması məqsədilə təşkil edilib. Görüşdə Oktay Kaynarca, Mahsun Kırmızıgül, Burak Özçivit kimi məşhurlar iştirak edib.

Səmimi söhbət zamanı Ərdoğana “Eşkiya dünyaya hökmdar olmaz” filminin baş rol ifaçısı Oktay Kaynarca təqdim olunub. Filmdə aktyorun oynadığı obrazın hər kəs tərəfindən “Rəis” deyə çağırıldığını öyrənən dövlət başçısı Kaynarcaya zarafat edərək, “Burada bir rəis var, o da mənəm”, - deyərək zarafat edib.

Tarix
31 Yanvar 2019 [12:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-31 12:13:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin