Qazaxda 2 ədəd raket aşkarlanaraq zərəsizləşdirilib- Foto

21:00 - 22 Yanvar 2019 - Xəbər

Yanvar 22-də saat 13:20-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Böyük Cəfərli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən birlikdə Azərbaycan-Ermənistan sərhəddinə (Dövlət Sərhəd Xidmətinin xidməti ərazisinə) baxış keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il istehsalı olan, düşmən tərəfindən atılmış və partlamamış 2 ədəd 40 mm-lik PQ-7V raketi aşkar olunmuş, daşınması mümkün olmadığına görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.

 

 

Raketlərin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti