"Həmişə harda fiziki-zehni olaraq yorulmuşamsa da, elmi iş yerimdə - elmi tədqiqat laboratoriyasında, təcrübə qoyduğum kolbada mənəvi sakitlik tapmışam"
Dosent Əfsun Sucayev: “Atam tez-tez dərslərimi dinləməyə gələrdi, o zaman məsuliyyətim iki qat artardı”
Sucayev Əfsun Rəzzaq oğlu Lerik rayonda anadan olub. 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturasına qəbul olub. 2008-ci ildə kimya üzrə fəlsəfə doktoru, 2018-ci ildə kimya üzrə elmlər doktorluğunu müdafiə edib. 2017-ci ildə isə dosent elmi adına layiq görülüb.

Ümumilikdə biri monoqrafiya, 2 patent, 46 məqalə qalanları tezis olmaqla 77 elmi əsərin, 100-dən çox publisistik məqalənin müəllifidir. "Google Scholar Citations" və “ResearchGate” qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, müəllifin tədqiqat sahəsi üzrə 30 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara 320 istinad edilmişdir. Ə.Sucayevin adı “Web of Science”də yüksək istinad almış iki məqalənin müəllifi nominasiyası üzrə Azərbaycandan yeganə olaraq dünya alimlərinin 1 faizlik siyahısına daxil edilmişdir.
Dosent Əfsun Sucayevin Ucnoqta.az saytına müsahibəsini təqdim edirik:



- Uşaqlıq illərim bütövlükdə kənd həyatı ilə bağlı olub, heç də rahat keçməyib. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi vəzifəli şəxsin övladı olsam da, ağlım kəsəndən orta təhsili başa vurana qədər kəndimizdən olan digər yaşıdlarım kimi fiziki əziyyətə qatlaşmışam: yağış-qar, isti-soyuq bilmədən mal-qara da otarmışam, yer də şumlamışam, ot da biçmişəm, uzaq məsafə qət edərək dağdan odun, çaydan su da gətirmişəm. Bəzən ailədə anam və ya qardaş-bacılarım, hətta mən özüm də atamızı “sənin yerinə kim bu vəzifədə bu qədər işləsəydi, indi evinin dirəkləri də qızıldan idi”, “başqa kənd soveti sədrlərinin milyonu var, arvad-uşağı heç bir fiziki iş görmür, səninkilər isə min-bir əziyyət çəkirlər” kimi fikirlərlərlə qınamışıq. Ancaq hesab edirəm atamın bizə bəxş etdiyi ən böyük xəzinə halal zəhmətə qatlaşmaq, halal qazanca haram qatmamaq kimi insani keyfiyyəti olub. Sözün əsl mənasında atam dövlət imtiyazlarını öz ailəsinin rahatlığına sərf etməyib. Bəli, heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərəm ki, bu gün qazandığım uğurların təməlində məhz həmin ailədə atamdan aldığım dürüst-düzgün tərbiyə, uşaqlıq illərində zəhmətlə, əziyətlə çalışmalarım dayanır.
Uşaqlıq illərimlə bağlı xatirələr çox olub, demək olar ki, böyük əksəriyyəti yadımdadır, unutmamışam. Uşaqlığımın bir dönəmi sovetlər birliyinin son illərinə, qalan qısmı respublikamızın müstəqliyyinin ilk illərinə təsadüf edir. Hər iki dönəmdə baş verənlər uşaq hafizəmdə silinməz izlər buraxıb. Yağışlı açıq havada xüsusi andiçmə mərasimi ilə pionerə qəbul olunmağımızı yaxşı xatırlayıram. Artıq sovet ittifaqı dağıldığı üçün komsomola qəbul oluna bilmədik. Sonra tez-tez yadıma düşən hadisə buğda dəni üyütmək üçün uzaq kənddə olan dəyirmana getməyimdir. Bəzən elektriklər kəsildiyi və uzun növbələr yarandığı üçün sutkalarla dəyirmanda qalmalı, ac-susuz gecələməli olurduq.
- Məktəbdə necə şagird olmusunuz, yaxşı oxumusunuzmu?

Orta məktəbin son iki ilini isə Lerik rayonu 1 saylı texniki fənlər təmayüllü liseyində oxumuşam. Bunun da səbəbi var: ali məktəbə qəbulda test sistemi yenicə tətbiq olunurdu. Kənd məktəbində dərslik və dərs vəsaitləri çatışmırdı. Eyni zamanda kimya-fizika fənlərinə maraq göstərsəm də, o fənnlər obyektiv-subyektiv səbəblərdən yüksək səviyyədə tədris olunmurdu. Təsəvvür edin, kimya və fizikadan məsələ həll edə bilmirdik. Böyük qardaşım rayon mərkəzində yaşayır və Təhsil şöbəsində çalışırdı. Atama məsləhət gördü ki, mən onun yanında qalım və təhsilimi davam etdirim. Nəticə etibari ilə onun yanına köçdüm. Orada iki tanınmış müəllim – Fəxrəddin Muradov (Allah can sağlığı versin) və mərhum Rəfael Ağayevdən (Allah rəhmət eləsin) dərs aldım. Təbiət elmlərinin ilk sirlərini bu diplomsuz alimlərdən öyrəndim, desəm heç də yanılmaram.
- Bəs tələbəlik illəriniz necə keçib? Maraqlı olubmu o illər?

- Hərbi xidmət illəri kişilərin daima maraqla xatırladığı, danışdığı bir dövrdür. Bəs siz necə hərbi xidmətdə olmusunuzmu? Harada keçirmisiniz?
- Hərbi xidmətdə olmamışam. Bu da ali təhsil zamanı fasilə verməməyimlə əlaqədardır. O zaman bakalavr təhsili başa vurandan sonra magistratura və doktorantura (aspirantura) təhsili almaq üçün hərbi xidmətdən möhlət hüququ verilirdi. Doktoranturanı başa vurduqdan sonra dissertasiya işini müdafiə edib kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görüldüyüm üçün hərbi xidmətdən azad olmuşam.
- İlk sevginiz nə vaxt olub, xatırlayırsınızmı o günləri?

- Ailə həyatı qurmağınızdan danışardınız bir az...
- Ailə həyatı çox gec – 32 yaşımda qurmuşam. İnsanın 25 yaşdan sonra evliliklə bağlı həyata baxış düşüncələri tamam dəyişir. Təhsil, sonra ev qayğıları, bütün problemləri həll etmək istəyi ailə qurmağı arxa plana keçirir. Ancaq gec ailə qursam da həyat yoldaşım məni anlayan, ən çətin anlarımda mənə dəstək verən, tam güvəndiyim bir xanımdır. Onunla eyni qəsəbə məktəbində oxumuş olsam da, məktəb illərində yaxından tanışlığım olmayıb. Evlilik də böyüklərimizin tanışlığı və rizası ilə baş tutub. Sonunda sevib-sevilən cütlük ola bilmişik. Diqqət etmisinizsə, bütün dünyanın düşünən beyinləri “Hər bir uğurlu kişinin arxasında bir qadın dayanır” fikrinin həqiqət olduğunu deyir. Bu fikrin arxasında qadının kişiyə verdiyi mənəvi dəstək dayanır. Mən də özümü bu baxımdan xoşbəxt hesab edə bilərəm.
- İlk işiniz harada olub? Və ilk maaşınız nə qədər olub, nəyə xərcləmisiniz?

Bu iki fəaliyyətimdə bir-birini tamamlayan məqamlar çox olub. Son məqamda jurnalistika yoxsa elm dilemması qarşısında qalanda isə sözsüz seçimim elm tərəfdən olub. Peşman da deyiləm. Çünki düşünürəm ki, elmi fəaliyyətimlə cəmiyyətə, ölkəmə verə biləcəyim faydalar daha çox ola bilər.
- Ötənlərdən gəldiyiniz qənaət nə oldu ki, indi onu gənclərə məsləhət görürsünüz?

- Keçmişinizlə bağlı maraqlı xatirənizi bizimlə bölüşərdiniz...
- Magistraturada oxuyurdum. Eyni zamanda Müstəqil Mediya Mərkəzində ştatdankənar müxbir kimi çalışırdım. Həmin Mərkəzin rəhbəri İsmayıl müəllim mənə Gəncə şəhərində sovet dövründən qalan sənaye müəssisləri ilə bağlı sisilə yazılar yazdırıb, “Zerkalo”, “Ayna” və “525-ci qəzet”də dərc etdirərdi. Orada hərbi təyinatlı “Azbarit” adlanan bir müəssisə var idi ki, ora heç bir jurnalist buraxılmırdı. İsmayıl müəllim məni çağırıb, oradan məlumat almağın çox vacib olduğunu bildirdi. Ünvanı öyrənib bir gün ora getdim. Jurnalistikanın bütün metodlarını işə salsam da, müəssisənin heç düz-əməlli adını belə öyrənə bilmədim. Geri qayıdıb, ora daxil olmağın yollarını fikirləşdim.

Könül Oruc