Putinin smartfonu yoxdu - Peskov açıqladı

12:25 - 15 Yanvar 2019 - DÜNYA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının smartfon telefonunun olmadığını bildirib.

Peskovun sözlərinə görə, smartfon tam şəffaflığı təmin edir, bu səbəbdən də dövlət başçısı onu işlədə bilməz. “Bəs Vladimir Putin telefonsuz necə keçinir” sualına cavab olaraq Peskov “çox gözəl” cavabını verib:
“Bəs daha əvvəl necə telefonsuz keçinirdilər? Həqiqətən də, dövlət başçısı smartfona sahib ola bilməz. Çünki bu, insanın tam şəffaflıqla razılaşması anlamına gəlir”.

Peskov əlavə edib ki, Putin informasiyanı qəzet və jurnallar, həmçinin internetlə əldə edir. qafqazinfo

Xəbər xətti